Mikroavtobus qəzasında ölən azərbaycanlıların kimliyi məlum olub - SİYAHI

Bakıdan Moskvaya gedən mikroavtobusun Rusiyanın Stavropol şəhərində qəzaya uğraması nəticəsində 6 azərbaycanlı dünyasını dəyişib, 3-ü isə yaralanıb. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, yaralılar Nevinnomısk xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Ölən və yaralıların hamısının Ağcabədi rayonundan olduğu bildirilir.
Bundan əlavə, qəzada ölən azərbaycanlıların kimliyi də məlum olub. Bunlar 1962-ci il təvəllüdlü Namiq Tohid oğlu Əhmədov, 1969-cu il təvəllüdlü Ələmdar Niftalı oğlu Abdullayev, 1975-ci il təvəllüdlü Rəsul Ənvər oğlu Həsənov, 1983-cü il təvəllüdlü Şəmsi Tanrıverdi oğlu İsmayılov, 1984-cü il təvəllüdlü Vüsal Alı oğlu Quliyev və 1988-ci il təvəllüdlü Xəyal Hamlet oğlu Şirinovdur.
Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev "Report"un yerli bürosuna açıqlamasında qəzada ölənlərinin meyitlərinin hazırda morqda olduğunu və müəyyən prosedurlardan sonra Azərbaycana göndəriləcəyini bildirib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












