Mikroavtobus qəzasında yaralanan şəxslərdən biri Bakıya gətirilib

Dünən Salyanda idman yarışına gedən məktəbliləri daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində yaralanan şəxslərdən biri təcili Bakıya gətirilib. Avtosfer.az xəbər verir ki, bu barədə ONA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib.
Onun sözlərinə görə, qəzada yaralanan 2008-ci il təvəllüdlü Adəm Ramazanov Bakıda Neyrocərrahiyyə xəstəxanasında təcili əməliyyat olunub. Ondan böyük ölçüdə epidural hematoma cıxarılıb. Vəziyyəti ağır stabildir.
Qeyd edək ki, mayın 6-da Salyanda idman yarışına gedən gəncləri daşıyan mikroavtobus qəzaya uğrayıb, bir nəfər ölüb.
ONA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Şirvan şəhər sakini Samir Əhmədovun idarə etdiyi “Vita” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində gənc idmançılardan biri ölüb, 8 nəfər yaralanıb. Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib.
Mikroavtobusun sərnişinləri Şirvan şəhər İdman Məktəbinin sərbəst güləş üzrə yeniyetmələrdən ibarət komandasının üzvləri olub. Onlar Cəlilabad rayonunda təşkil olunan turnirə qatılmaq üçün gedərkən qəzaya uğrayıblar. Sürücü eyni zamanda komandanın məşqçisidir.
Faktla bağlı araşdırma aparılır.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










