Milli Məclisin növbədənkənar sessiyası başlayıb

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyasının ilk plenar iclası keçirilir. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət himni səsləndirilib. Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın iclasın gündəliyinə 36 məsələ daxildir.
Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət rüsumu haqqında”, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Bələdiyyələrin statusu haqqında” və s. qanunlara, o cümlədən Mülki, Mülki Prosessual, İnzibati, İnzibati Prosessual, Cinayət Prosessual məcəllələrinə dəyişiklik layihələridir.
İclasda "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə də (ikinci oxunuş) baxılacaq.
İclas iyunun 14-də də davam etdiriləcək.
Növbədənkənar sessiyanın iyunun 28-də, iyulun 9-da və 12-də plenar iclaslarının keçirilməsi planlaşdırılır.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












