Milli Məclisin yaz sessiyası başa çatır

Azərbaycan Milli Məclisinin yaz sessiyası baş çatır. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, sessiyanın sonuncu plenar iclası mayın 30-da və 31-də keçiriləcək. Gündəliyə 26 məsələ daxildir. İclaslarda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə yanaşı, “Dövlət rüsumu haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında”, Vergi, İnzibati Xətalar məcəllələrinə və s. qanunlara dəyişiklik layihələri müzakirə ediləcək. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir. İyun ayında parlamentin növbədənkənar sessiya çərçivəsində iki plenar iclasın keçiriləcəyi nəzərdə tutulur. Deputatlar iyul ayının 15-dən avqust ayının 30-dək tətildə olacaqlar. Məzuniyyətdə olduğu zaman deputatlara müalicə olunması və istirahət etməsi üçün onların iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir. Payız sessiyası isə sentyabrın 30-da başlayacaq.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












