"Milli Şura" Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı

Bu gün Ümumxalq hüzn günü - 20 Yanvar şəhidlərinin anım mərasimi ilə əlaqədar "milli şura" adlanan qurumun rəhbərləri və fəalları Şəhidlər Xiyabanında mövcud qaydaları kobud şəkildə pozaraq, ictimai asayişi və nizam intizamı təmin edən hüquq mühafizə orqanlarının nümayəndələri ilə ciddi qarşıdurma yaradıblar.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, polis tələblərə uyğun olaraq və anım mərasiminə qatılan vətəndaşların təhlükəsizliyini, nizam intizamı təmin etmək məqsədilə Şəhidlər Xiyabanına keçid norması müəyyənləşdirib və vətəndaşları qrup şəklində buraxır.
Sübh tezdən Şəhidlər Xiyabanına gedən dövlət qurumlarının, ayrı-ayrı təşkilat və müəssisələrin əməkdaşları da məhz bu qaydaya uyğun keçirlər.
Saat 15:00-da öz tərəfdaşları ilə Şəhidlər Xiyabanına gələn Əli Kərimli keçid qaydalarına riayət etməyəcəklərini bildirib, onun tərəfdarları isə kordonu yararaq polislə qarşıdurma yaradıb.
Nəticədə polisin qanuni tələbinə riayət etməyən və ictimai asayişi pozan 20 nəfərə yaxın şəxs saxlanılıb.
Xatırladaq ki, yanvarın 19-da "Məhsul" stadionunda mitinq zamanı Əli Kərimli öz tərəfdarlarını yanvarın 20-də saat 15:00-da Şəhidlər Xiyabanına gəlməyə çağırıb.
Daxili İşlər Nazirliyindən əldə edilən məlumata görə, saxlanılan 20 nəfərdən 15-i məhkəmənin qərarı ilə həbs edilib.
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR










