Miqrant oğruları 6 min il müddətinə azadlıqdan məhrum ediliblər

Meksika məhkəməsi dörd oğru barəsində uzunmüddətli hökm çıxarıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb. Məlumata görə, miqrant oğurluğunda ittiham edilən cinayətkarlar ümumilikdə 6 min ildən çox həbsxana cəzası alıblar. Ölkənin Baş Prokurorluğunun verdiyi məlumatda bildirilir ki, iki cinayətkarın hərəsi 1,87 min il həbsxana cəzasına məhkum edilib, daha iki nəfər 1,7 min il azadlıqdan məhrum olunublar. Onların hərəsi digər cinayətlərinə görə habelə müvafiq olaraq 1,2 min il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, onlar zərərçəkənlərə pul təzminatı da ödəməli olacaqlar. İstintaq materiallarına əsasən, cinayətkarlar ötən ilin fevralında Matamoros şəhərində (Tamaulipas ştatı) polisin keçirdiyi reydin gedişatında 117 qeyri-leqal miqrantın azad edilməsindən sonra saxlanılıblar. Tamaulipas ştatı sakinlərin çoxsaylı oğurluq cinayətləri ilə tanınır. Burada xüsusən miqrantlar narkokartellərin qurbanı olurlar. Hüquq müdafiəçilərinin məlumatına görə, Meksikada il ərzində orta hesabla təxminən 20 min qeyri-leqal miqrant oğurlanır. Adətən cinayətkarlar bir insanın azad olması üçün 2 min dollar tələb edirlər.
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












