Mirqafar Seyidov: “Heç bir halda qarşıdurmaya və təxribata imkan verilməyəcək”

Bəzi müxalifət təmsilçiləri Xocalı faciəsinin 27-ci ildönümü ilə əlaqədar Bakıda təşkil olunmuş yürüşdə onların hüquqlarının pozulması ilə bağlı iddialar səsləndirib. Avtosfer.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov bu iddialarla bağlı ONA-nın sorğusunu cavablandırıb. M.Seyidov bildirib ki, polis paytaxtda heç bir halda qarşıdurmaya, təxribata imkan verməyəcək: “Fevralın 26-da bəşər tarixində ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, birinci vitse prezident Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə Bakı şəhərində on minlərə insanın iştirak etdiyi ümumxalq yürüşü keçirilib. Tədbirin təhlükəsizlik şəraitində təşkili və keçirilməsi üçün Bakı şəhər Baş Polis İdarəsi və tabeli orqanlar tərəfindən ictimai təhlükəsizliyin və ictimai qaydanın qorunması yüksək səviyyədə təmin olunub. Şəhidlərimizin ruhunu yad etmək, soyqırım faciəsini bölüşmək məqsədilə əraziyə gəlmiş on minlərlə insan, o cümlədən beynəlxalq təşkilat və xarici dövlətlərin rəsmi nümayəndələri rahat və maneəsiz şəkildə abidəni ziyarət edib, hamı üçün bərabər şərait yaradılıb. Ümumxalq faciəsi olan soyqırımla bağlı keçirilən tədbirdə belə öz daxili anti-milli hisslərini, millətin faciəsindən öz siyasi məqsədləri üçün istifadə etməyə çalışan, özlərini “Milli Şura” adlandırdıqları qurumun, Müsavat partiyası fəallarının və digər müxalif partiya üzvlərindən ibarət bir qrup dəstə Xocalı abidəsinin qarşısına gələrək əvvəlki vərdişlərindən qaynaqlanan meydan eyforiyasına qapılaraq şüuraltı qəbul etdikləri xaos və anarxiya vəziyyətini bərpa etmək, pozuculuq məqsədlərinə nail olmaq üçün təhlükəsizlik tədbirləri ilə bağlı müəyyən olunmuş qaydaları pozmağa çalışıblar. Ziyarət tədbirinin təhlükəsiz və maneəsiz keçirilməsi ilə əlaqədar nəzərdə tutulmuş qaydaların əksinə özlərini xalqdan ayıraraq əsassız tələblər irəli sürməklə qarşıdurma yaratmağa çalışdıqlarına görə polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərin qarşısı alınıb.
Nəticədə də bildirirlər ki, guya polis tərəfindən onların hərəkətinə maneələr yaradılıb, hüquqları pozulub. Bu iddiaların heç bir əsası olmadığını nəzərə alaraq, özünü “Milli Şura” adlandıran qurumda təmsil olunan şəxslər və digərləri bilməlidir ki, polis bundan sonra da paytaxt ərazisində ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı üçün heç bir halda qarşıdurmaya və təxribata imkan verməyəcək”.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












