Misirdə “qara arxeoloqlar” qədim sərdabə tapıblar

Misirdə “qara arxeoloqlar” Giza piramidaları rayonunda naməlum sərdabə aşkarlayıblar. Həmin sərdabə yaxınlıqda yerləşən və 4,5 min ildən çox yaşı olan Xeops piramidasına aid ola bilər.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, cinayətkarlar gecə saatlarında məşhur piramidanın 30 metrliyində yerləşən evin daxilində qazıntı aparıblarmış. Polis artıq onları həbs edib. Misir Abidələri üzrə Nazirlik isə sensasiya doğuran tapıntının tədqiqinə başlayıb.
Əldə edilən məlumata əsasən, “qara arxeoloqlar” yaşayış evinin döşəməsində uzun dəhlizə və daş süxurunda oyulmuş bir neçə zala aparan quyu qazıblar. Həmin zalların birində daşdan yonulmuş kişi heykəlləri və saxsı qab aşkarlanıb. Alimlər həmin sərdabənin Misir tarixinin qədim dövrlərinə, ola bilsin ki, fironların 5-ci sülaləsinə (eramızdan əvvəl 2504-2347-ci illər) aid olduğunu ehtimal edirlər.
Qeyd edək ki, həmin rayonda yaşayış binalarının altında qədim tikililər və sərdabələr ola biləcəyi üçün hakimiyyət əhaliyə müstəqil qazıntı aparmağı qadağan edib. Ərazidə evlər sıx tikildiyindən arxeoloqlar da burada qazıntı apara bilmirlər.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










