Misirdə qatar qəzası ilə bağlı 6 nəfər həbs edilib

Misirin baş prokuroru Nabil Sadekin sanksiyası ilə paytaxt Qahirənin mərkəzində Ramzes adına Dəmir Yolu Stansiyasında xeyli sayda insan tələfatına səbəb olan qəzanın törədilməsində şübhəli bilinən altı nəfər həbs olunub. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "Masrawy" portalına istinadən xəbər verir. Bildirilir ki, həbs edilənlər arasında stansiyanın texniki əməkdaşları da var. İş üzrə həmçinin əsas şübhəli şəxs – qatarı partlamış maşinist, eləcə də onun həmkarı həbs olunub. Həbs edilənlər arasında habelə maşinistlərin köməkçiləri də var.
Xatırladaq ki, fevralın 27-də, səhər saatlarında depodan gələn qatarın stansiyadakı örtülü platformaya dəyməsindən sonra yanacaq çəninin partlaması və baş verən güclü yanğın nəticəsində 28 nəfər ölüb, 50-dən artıq insan yaralanıb. Hadisə ilə əlaqədar ölkənin nəqliyyat naziri Hişam Ərəfat istefa verib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












