MİT əməkdaşının ölümündə "Kurtlar Vadisi Pusu" detalı: Aktyor ifadə verəcək

Türkiyədə keçmiş Milli Kəşfiyyat Təşkilatı (MİT) əməkdaşı Kaşif Kozinoğlunun 2011-ci ildə baş vermiş şübhəli ölümü ilə bağlı istintaq davam edir. Araşdırma çərçivəsində "Kurtlar Vadisi Pusu" serialının aktyoru da ifadə verəcək.
Avtosfer.az "Haber Global"a istinadən xəbər verir ki, məşhur serialda "Kazım Kaşifoğlu" obrazını canlandıran və Kaşif Kozinoğluna bənzədilən Sedat Savtak ifadə vermək üçün çağırılıb.
Məlumata görə, Savtak "məlumatlı şəxs" qismində ifadə verəcək.
Qeyd edək ki, 2011-ci ildə Silivri həbsxanasında vəfat edən keçmiş MİT əməkdaşı Kaşif Kozinoğlunun ölümü ilə bağlı daha əvvəl də "Kurtlar Vadisi Pusu" serialı nəzarətə götürülüb, serialın ssenaristləri isə "məlumat sahibi" qismində ifadəyə çağırılıblar.
Prokurorluğun diqqətini cəlb edən məqamlardan biri "Kurtlar Vadisi Pusu" serialının 2011-ci il noyabrın 10-da yayımlanan 136-cı bölümü olub.
Həmin bölümdə "Kazım Kaşifoğlu" adlı obrazın hücrədə saxlanıldığı və daha sonra ölümlə hədələndiyi səhnələr nümayiş olunub.
Kaşif Kozinoğlu isə məhz həmin bölümün yayımlanmasından iki gün sonra - 2011-ci il noyabrın 12-də Silivri Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişib.
Həmçinin onun ölümü ilə bağlı daha əvvəl görüntülər də ortaya çıxıb.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












