Mixael Şumaxer qəzadan sonra ilk dəfə kənar şəxslər tərəfindən görünüb

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxer qəza keçirdikdən sonra ilk dəfə kənar şəxslər tərəfindən görünüb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, 50 yaşlı veteran idmançı İspaniyanın Malyorka şəhərindəki 30 milyon avroluq villasına helikopterlə uçarkən gözə dəyib. Şahidlərin sözlərinə görə, Şumaxerin ailə üzvlərinin yer aldığı helikopterdə məşhur pilotu da görüblər. Ailəsi məsələyə şərh verməyib. Onların Malyorkada qaldıqları, yoxsa İsveçrədəki evlərinə döndükləri bilinmir.
Qeyd edək ki, M.Şumaxer 2013-cü ilin dekabrında Fransadakı dağ xizəkçilik trasında ağır kəllə-beyin travması alıb. O, beyninin hər iki yarımkürəsindən çoxsaylı xəsarət və qanaxma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Şumaxer 2014-cü ilin iyununda komadan çıxıb və bərpa mərkəzinə yerləşdirilib. Onun müalicəsi həmin ilin sentyabrından İsveçrədəki evində davam etdirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












