Moskvada azərbaycanlılara yenə hücum edilib

Dünən Moskvada üç naməlum şəxs təkər təmiri məntəqəsində çalışan azərbaycanlılara hücum edib. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "İnterfaks"a istinadən xəbər verir. "Hücum saat 18:30 radələrində baş verib. Hücum edənlər təkər təmiri məntəqəsində olan 2 azərbaycanlıya bıçaqla bir neçə zərbə endirib və hadisə yerindən qaçıblar", - agentlik bildirib.
Onun sözlərinə görə, polisin gəlişinə qədər 02 telefon nömrəsinə moskvalılardan təkər təmiri məntəqəsində atəş açıldığı barədə məlumat daxil olub. "Polis əməkdaşları Aminyevskoye şossesində "Mercedes" markalı avtomobildə hərəkət edən şübhəlilərdən birini saxlayıblar. İlkin məlumatlara görə, bu, Moskvada yaşayan çeçendir", - mənbə deyib.
Onun məlumatına görə, yaralılar kəllə-beyin travması, kəsici-deşici yaralar, travmatik silahdan istifadə nəticəsində alınmış güllə yaraları ilə xəstəxanaya çatdırılıblar.
Faktla bağlı iki maddə - xuliqanlıq və qəsdən ağır bədən xəsarətləri yetirmək maddələri üzrə cinayət işi açılıb.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












