“Mossad”ın İranda gizli bölməsi İFŞA OLDU – Vəzifəli şəxsləri belə sıradan çıxarıblar – DETALLAR

İsrailin xarici kəşfiyyat xidməti "Mossad" İranda mövcud rejimin çökməsini sürətləndirmək məqsədilə gizli bölmə yaradıb. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, bu barədə "Israel Hayom" qəzeti məlumat yayıb. Məlumata görə, İslam Respublikasına sızmaq və ölkədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş əməliyyatların keçirilməsi üçün nəzərdə tutulan bu bölmə İranda hakimiyyətin süqutunu tezləşdirmək strategiyasının bir hissəsidir. Sözügedən struktur 2021-ci ildə, David Barnea "Mossad"ın rəhbəri təyin edildikdən sonra formalaşdırılıb. Bölmə ilkin mərhələdə iranlı yüksəkrütbəli rəsmilərin nüfuzlu vəzifələrindən uzaqlaşdırılması üçün fəaliyyət göstərib. Bunun üçün media və sosial şəbəkələr vasitəsilə həmin şəxslər barəsində ifşaedici (kompromat) məlumatlar sızdırılıb. Gizli bölmənin yalnız "O." ləqəbi ilə tanınan keçmiş rəhbəri qəzetə açıqlamasında bu cür əməliyyatların sui-qəsdlərlə müqayisədə "daha ucuz və asan" olduğunu bildirib. O, "Mossad"ın artıq İranda bir neçə yüksəkrütbəli məmurun işdən çıxarılmasına nail olduğunu idarə edərək qeyd edib:
"Bizim İranla işimiz bitməyib, hələ yeni başlayırıq".
Nəşrin Barnea ilə bu yaxınlarda həmsöhbət olmuş mənbələrə istinadən yaydığı digər məlumata görə, "Mossad" rəhbəri ABŞ Prezidenti Donald Trampın İran iqtisadiyyatını bərpa edəcək sazişi imzalamaqdan imtina edəcəyi və blokadanın davam edəcəyi təqdirdə, İslam Respublikasının 2026-cı ilin sonuna qədər çökə biləcəyini düşünür.
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX












