"Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin fəal inkişafına kömək edir" - Politoloq

Mövcud geosiyasi vəziyyət Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) fəal inkişafına kömək edir.
Avtosfer.az xəbər verir ki, bunu “Report”a açıqlamasında qazaxıstanlı politoloq Talqat Kaliyev bildirib.
Onun sözlərinə görə, Rusiya və Ukrayna arasındakı müharibə, eləcə də ABŞ-nin ticarət siyasəti Çin və Avropa İttifaqı arasında ticarət əlaqələrinin inkişafını sürətləndirir:
“Bu isə TBNM-in əhəmiyyətini artırır”.
Ekspert qeyd edib ki, bu gün Çindən Avropaya yüklərin çatdırılması təxminən iki həftə çəkir, lakin infrastrukturun inkişafı və marşrutun rəqəmsallaşdırılması bu müddəti azaltmağa imkan verəcək: "Hazırda malların Şərqdən Qərbə daşınması 14 gün çəkir. Lakin marşrut boyunca çay və dəniz limanlarının tutumunun genişləndirilməsi, eləcə də rəqəmsal həllərin tətbiqi prosesi daha da sürətləndirməyə kömək edəcək".
T.Kaliyev vurğulayıb ki, marşruta artan maraq onun modernləşdirilməsi üçün maliyyələşdirmənin cəlb edilməsinə səbəb olacaq:
"Söhbət 27-30 milyard ABŞ dolları məbləğdən gedir. Bu, astronomik olmasa da, böyük məbləğdir".
O əlavə edib ki, bu məsələ Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Avropa İttifaqı-Mərkəzi Asiya sammitində əsas müzakirələrdən biri olacaq.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












