"Moyka"da maşına dəyən ziyana görə kim məsuliyyət daşıyır? - VİDEO

Sürücülər maşını avtoyuma məntəqəsinə verir, avtomobili götürdükdə isə bəzən məlum olur ki, maşının hansısa bir yeri cızılıb, əzilib və yaxud içindən əşya oğurlanıb. Avtoyuma məntəqələrini işlədənlər isə bu hala görə bütün günahı sürücülərdə görürlər. Çünki sürücülər özləri prosesə nəzarət etməlidir. Bəs görəsən hüquqi cəhətdən bu hala görə kim məsuliyyət daşıyır?
Avtosfer.az-ın məlumatına görə, avtomobili yuduzdurmağa verib gedirsən, bir müddət sonra qayıdanda isə hər hansı bir yerində cızıq və əzik görürsən.
Bu gün ''Xəzər Xəbər'' in əməkdaşları sözügedən mövu ilə bağlı çəkiliş edərkən elə avtoyuma məntəqəsində belə bir halla qarşılaşıblar.
Avtoyuma məntəqəsi işlədənlər isə belə halla tez-tez qarşılaşdıqlarını və hətta bunun olmaması üçün divara xəbərdarlıq yazısı vurduqlarını bildirirlər.
Hüquqşünas Xəyal Bəşirov deyir ki, sürücünün avtomobilini sürücülük vəsiqəsi və ya etibarnaməsi olmayan şəxsə verməsi elə onun özü üçün inzibati məsuliyyət yaradır. Ona görə də yaxşı olar ki, avtoyuma məntəqəsində sürücü özü avtomobilinə nəzarət etsin. Amma maşına hər hansı ziyanın vurulması və ya oğurluq olması halında isə ekspertiza təyin edilməli, hadisənin kimin səhvindən baş verdiyi müəyyən olunmalıdır.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












