“Moyka”lar niyə içməli sudan istifadə edir? – EKSPERT “AZƏRSU”NU İTTİHAM ETDİ

"Azərbaycanda texniki sudan istifadə üzrə infrastruktur dağıdılıb”. Avtosfer.az xəbər verir ki, bu barədə Sfera.az-a açıqlamasında bu sözləri Bakıda fəaliyyət göstərən avtoyuma məntəqələrinin ("moyka”ların) texniki su əvəzinə, içməli sudan istifadə edərək ciddi su problemi yaratmalarına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib: "Texniki su üzrə infrastruktur Azərbaycanda və Bakıda zəif inkişaf edib. Düzdür, vəziyyətin bu cür olmasında maşınyuma məntəqələrinin özlərinin də günahı var. Onlar texniki sulardan istifadə etmək imkanlarını araşdırmır. Bünunla belə əsas səbəb Bakıda texniki su infrastrukturunun çox zəifinkişaf etməsindən qaynaqlanır. Bu barədə maşınyuma məntəqələrinə texniki şərtlər "Azərsu” tərəfindən verilir. Ona görə də "Azərsu” texniki sudan istifadə üçün "moyka”lara imkan yaratmalıdır ki, içməli suya qənaət edilsin. Ancaq bu baş vermir. Maşınyuma stansiyaları açılarkən "Azərsu” sadəcə onlara texniki şərtlərin verilməsilə məşğuldur. Bu zaman onların hansı sudan istifadə etmələri qurumu o qədər də maraqlandırmır. Belədə "moyka”lar içməli sudan istifadə etməyə məcburdurlar”.
Dünyanın bir çox ölkələrində gələcək 10-20 ilin başlıca probleminin içməli su olacağını xatırladan ekspert belə bir vəziyyətdə Azərbaycanda texniki sudan istifadə üçün infrastruktur yaradılmasının vacibliyini düşünür: "Təəssüf ki, bu istiqamətdə "Azərsu” ASC-nin görməli olduğu işlər yarımçıq qalıb. Sovet dönəmində bəzi zavodlara ayrıca texniki su xətləri çəkilirdi. İndi isə bu xətlər qarışıb. Artıq içməli su ilə texniki su arasında ciddi fərq qalmayıb. Nəticədə içməli su israfçılığına yol verilir. "Azərsu” texniki su xətlərinin bərpası ilə bağlı əlaqədar orqanlar qarşısında məsələ qaldırmalıdır. Ancaq bu günə qədər həmin qurumun belə bir təşəbbüsdə bulunduğunu görməmişəm”.
Qeyd edək ki, Bakıda fəaliyyət göstərən "moykalar” ölkəmizdə içməli su ehtiyatı məhdud olsa da, maşınları yuyarkən məhz bu sudan istifadə edirlər. Halbuki onlar bu zaman texniki sudan istifadə etməlidirlər. Belədə avtoyuma məntəqələrində içməli su israf edilir. BMT-nin tədqiqatına əsasən gələcəkdə içməli su qıtlığı problemilə üzləşəcək ölkələrdən biri də məhz Azərbaycan olacaq.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










