“Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq”

Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Kijəbə qəsəbə tam orta məktəbində “Müasir Azərbaycan gəncliyini narkomaniyadan qoruyaq” mövzusunda tədbir təşkil olunub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, tədbirdə Astara RPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov, Rayon Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, rayon veteranlar şurasının sədri Rafiq Əliyev, rayon mərkəzi xəstəxanasının həkim-narkoloqu Oqtay Əmənullayev iştirak ediblər.
Çıxış edən RPŞ-nin rəisi Azər Cahangirov bildirib ki, hazırda bəşəriyyəti düşündürən və narahat edən ən ağır problemlərdən biri narkomaniyadır. Şöbə rəisi ağ ölümün səbəb olduğu dəhşətli nəticələrdən, ölkəmizdə bu ağır bəlaya qarşı aparılan mübarizədən danışıb. Narkomaniyanın qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, Daxili İşlər Nazirliyinin və yerli polis orqanlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt tədbirlər görməklə yanaşı, həm də gənclərlə vaxtaşırı maarifləndirici görüşlər keçirir. Bu işdə təkcə dövlət strukturları deyil, cəmiyyətin bütün təbəqələrinin nümayəndələri də fəal iştirak etməlidirlər.
Sonra çıxış edən Rayon veteranlar şurasının sədri Rafiq Əliyev, rayon təhsil şöbəsinin müdiri Rəşad Həsənov, rayon mərkəzi xəstəxanasının həkim-narkoloqu Oqtay Əmənullayev və digərləri polis əməkdaşları tərəfindən məktəblərdə belə görüşlərin keçirilməsini yüksək qiymətləndirdilər, öz təşəkkür və minnətdarlıqlarını bildirdilər.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
Namiq
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA












