Müddətli həqiqi hərbi xidmət yaşı 30-a endirildi: Dəyişiklik nələrə səbəb olacaq? - FOTO

Prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikləri təsdiqləyərək, müddətli həqiqi hərbi xidmətə çağırış yaşının yuxarı həddini 35-dən 30-a endirib.
Bu dəyişikliklə, 18 yaşından 30 yaşınadək olan kişi vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.
Hərbi ekspert Abuzər Əbilov Avtosfer.az-a verdiyi açıqlamada bu dəyişikliyi müsbət qiymətləndirib.
“Azərbaycan Respublikasında qanun qəbul edildikdən sonra uzun müddət müharibə vəziyyəti davam edib. Torpaqlar işğal altında olub və onların azad olunması üçün vətəndaşların orduya çağırılması nəzərdə tutulub. Həmin dövrlərdə Azərbaycan Ordusu hələ formalaşma mərhələsində idi. Lakin hazırda torpaqlarımız işğaldan azad olunub, ordu tam şəkildə formalaşıb və müasirləşib. Beynəlxalq hərbi ekspertlər də qeyd edirlər ki, Azərbaycan Ordusu bu gün Qafqazın ən müasir, çevik və peşəkar ordusudur”.
Ekspert bildirib ki, artıq ordunun mərhələli şəkildə peşəkar orduya keçidi baş verir. “Əvvəllər orduda əsasən müddətli hərbi xidmət nəzərdə tutulurdu. Lakin bu gün müddətdən artıq xidmət geniş yayılmağa başlayıb. Komando hərbi hissələri yaradılır və bu hissələr yalnız peşəkar hərbçilərdən ibarətdir. Həmçinin digər hərbi strukturlar da var ki, burada da uzunmüddətli xidmət nəzərdə tutulur. Bu səbəbdən müddətli hərbi xidmət balansı getdikcə azalır və bu, müsbət tendensiya hesab edilir. Dünya ordularında da bu model geniş yayılıb və əksər müasir ordular peşəkar hərbçilərdən ibarət olur”.
Hərbi ekspert həmçinin qeyd edir ki, müddətli hərbi xidmətin əsas problemi ondan ibarətdir ki, hərbi qulluqçu müəyyən bir müddət ərzində xidmət edərək təlim keçsə də, müddət bitdikdən sonra mülki həyata qayıdır.

“Mülki həyata qayıdan vətəndaşın yerinə yeni əsgər çağırılır və yenidən təlim prosesi təkrarlanır. Bu isə orduda kadr hazırlığı baxımından çətinlik yaradır. Peşəkar orduda isə bu problem olmur, çünki xidmət edən hərbi qulluqçular uzun müddət orduda qalır və təcrübə toplayırlar.
Azərbaycan Ordusunda ehtiyatda olan hərbi qulluqçuların mütəmadi toplanışları keçirilir. Lakin ordunun peşəkar istiqamətə keçməsi və bu tendensiyanın güclənməsi nəticəsində müddətli hərbi xidmət yaş həddinin azalması gözlənilən bir hal idi və bu, artıq baş verir”.
Qeyd edək ki, bu dəyişikliklər 2025-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.
Fidan Məmmədova
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












