Müəmmalı hadisə: 2 gəmi partladıldı... - VİDEO

Oman dənizindəki neft tankerlərində partlayış baş verib. Avtosfer.az publika.az-a istinadən xəbər verir ki, İngiltərə ordusunun Böyük Britaniya Dəniz Ticarəti Əməliyyatları qurumuna aid Marşall adaları bayraqlı "Front Altair" və Panama bayraqlı "Kokuka Courageous" adlı tankerlər anidən partlayıb. Hadisədən dərhal sonra körfəz ətrafındakı ölkələrə təcili yardım çağırışı edilib. Ancaq tankerlərdən bir batmağa başlayıb. Tankerlərin canlı qüvvəsi təxliyə edilib. Onların vəziyyətinin yaxşı olduğu açıqlanıb. Patlayışın səbəbi, hələ ki, bilinmir. ABŞ donanmasının beşinci alayı bölgədə gerçəkləşən hadisələrdən xəbərdar olduqlarını və lazımi dəstəyi verəcəklərini açıqlayıb. Mərkəzi Tayvanda yerləşən CPC də eyni bölgədə onlara aid bir tankerin naməlum cisim tərəfindən hücuma məruz qaldığını elan edib. Olaydan sonra gəminin 21 nəfərlik heyəti təxliyə olunub. Bundan başqa, Füceyrə limanında Norveçin "Frontline" şirkətinə aid başqa bir tanker də hücuma məruz qalıb. Qeyd edək ki, Füceyrə limanında 12 may tarixində Səudiyyə Ərəbistanı, BƏƏ və Norveçə aid dörd ticarət gəmisi hücuma məruz qalmışdı.
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS












