Müğənni Kərimi küçənin ortasında döydülər - VİDEO

Avtomobildən düşən şəxs müğənni Kərim Abbasova hücum edir. Kadrlardan aydın olur ki, həmin şəxs müğənnini yumruqlayaraq döyür. Görüntülər ötən gün paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində müğənninin özü tərəfindən çəkilib. Zərərçəkmiş Kərim Abbasov deyir ki, ailəsi ilə Goradil qəsəbəsindən şəhərə doğru gələrkən yolda tanımadığı bir sürücü ilə tıxacda yol üstündə mübahisəsi düşüb. Mübahisə zamanı, müğənni iddia edir ki, sürücü onu söyüb ailəsinin yanında təhqir edib. Digər sürücülərin köməyi ilə həmin şəxs avtomobilini yoldan çəkib. Kərim Abbasov həmin şəxsin onu təhqir etməsini mobil telefon vasitəsi ilə çəkdiyini görən kimi avtomobildən düşüb ona hücum edir. Müğənninin sözlərinə görə, həmin şəxs onun küçənin ortasında insanların gözü qarşısında döyüb. Kərim Abbasov iddia edir ki, həmin şəxs onun başına 8-9 yumruq zərbəsi vurub.
Hadisədən sonra Kərim Abbasov ''102'' xidmətinə məlumat verib. Əraz üzrə 4-cü polis şöbəsinin əməkdaşları müğənni ilə görüşüb onun izzahatın alıblar. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, Elşad Hacıyev bildirib ki, araşdırmalar zamanı Kərim Abbasovla hücum edən şəxsin Bakı şəhəri, Nəsimi rayon sakini, 35 yaşlı Elvin Ramazanov olduğu müəyyən edilib. Həmin şəxs Binəqədi rayon Polis İdarəsinə dəvət edilərək izahatı alınıb. Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin təhqiqat şöbəsində təhqiqat-araşdırmaları davam etdirilir.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












