Mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib

Abşeronda mühafizəçi dostları ilə birlikdə iş yerini qarət edib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə rayonun Aşağı Güzdək qəsəbəsində fəaliyyət göstərən kərpic zavodunda baş verib.
Belə ki, Abşeron Rayon Polis İdarəsinə (RPİ) "Asiman" MMC-ə məxsus kərpic istehsalı ilə məşğul olan zavoddan oğurluq edilməsi barədə məlumat daxil olub.
Dərhal hadisə yerinə baxış keçirilib. Araşdırma zamanı həmin müəssisədən 12 millimetr qalınlığında 23 metr uzunluğunda, 6 millimetr qalınlığında 20 metr uzunluğunda iki ədəd elevator remeni və 1 ədəd motor oğurlandığı məlum olub. Nəticədə müəssisəyə xeyli miqdarda maddi ziyan vurulub.
Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, elə həmin müəssisədə gözətçi işləyən, 49 yaşlı Şövqi Xosrovov, tanışları 31 yaşlı Abbas Mehdiyev və 30 yaşlı Elnur Abdıyev, isti izlərlə saxlanılaraq istintaqa təhvil verilib. Onlar bu hadisəni qabaqcadan planlaşdıraraq, sübh tezdən törətdiklərini və əldə etdikləri malları 630 manata sataraq, Pulu öz aralarında böldüklərini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










