Müharibə axtarmırıq, hüquqlarımızı tələb edirik - Məsud Pezeşkian

“Müharibə axtarmırıq, hüquqlarımızı tələb edirik”.
Avtosfer.az redaktor.az-a istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İdman və Gənclər Nazirliyində keçirdiyi yoxlamalar zamanı səsləndirib.
O, ölkəsinin müharibə niyyətində olmadığını, lakin öz hüquqlarını müdafiə etdiyini bəyan edib.
Pezeşkian bildirib ki, Tehran münaqişəni başladan tərəf deyil və əsas məqsəd müharibəni “şərəflə başa çatdırmaqdır”.
Prezident hökumətə yönələn tənqidləri diqqətdən kənarda qoymadıqlarını qeyd edərək, mövcud şəraitdə cəmiyyətin birliyinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, İran ictimaiyyəti ABŞ və İsrailin hücumları qarşısında həmrəy olmalıdır.
Pezeşkian həmçinin ABŞ və İsraili regionda gərginlik və terror yaymaqda ittiham edib. O, Donald Tramp administrasiyasının İranın nüvə fəaliyyətlərinə qarşı addımlarını tənqid edərək, bu siyasətin əsassız olduğunu bildirib.
“Biz müharibə axtarmırıq, hüquqlarımızı tələb edirik”, - o vurğulayıb.
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ! - FOTO
İlham Əliyevin Türkiyəyə səfəri münasibətləri pozmağa çalışanlara əsl mesaj oldu - POLİTOLOQ
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO












