Müharibələr bəzən iqtisadiyyata təkan verən qüvvəyə çevrilir - NATİQ CƏFƏRLİ

Son illərdə dünyada baş verən silahlı münaqişələr göstərir ki, müharibə yalnız cəbhədə gedən döyüşlərlə məhdudlaşmır. Bu qarşıdurmalar təkcə siyasi deyil, iqtisadi sabitliyə də ciddi təsir edir. Müharibə bütün sahələrdə, həmçinin iqtisadiyatda da uzunmüddətli problemlər yaradır. Onun təsiri həm müharibə aparan ölkənin daxili iqtisadiyyatında, həm də qlobal əlaqələr vasitəsilə digər dövlətlərdə hiss olunur. Bu səbəbdən müharibənin iqtisadi nəticələrinə yalnız lokal deyil, daha geniş regional və qlobal səviyyədə nəzər yetirmək lazımdır.
Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Avtosfer.az-a açıqlmasında bildirib ki, müharibələr, təbii ki, müharibə aparan və ərazisində müharibə gedən ölkələrə böyük fəlakətlər, iqtisadi geriləmələr gətirib:

“Nə qədər qəribə səslənsə də, müharibələr bəzi hallarda iqtisadiyyata təkan verən bir alət kimi də çıxış edib. Məsələn, bu gün ABŞ dünyaya daha çox silah satan ölkələrdən biridir. Dünyada müharibələrin və gərginliklərin artdığı bir dövrdə bəzi ölkələr birbaşa döyüş meydanında iştirak etməsələr də, prosesdən iqtisadi baxımdan zərər görmür, əksinə, müəyyən mənada fayda əldə edirlər. Xüsusilə silah satışı artır və hərbi sənaye genişlənir. Amma ərazisində müharibə gedən ölkələr üçün nəticələr olduqca fəlakətli olur. Məsələn, Ukraynada ümumi daxili məhsul kəskin azalıb, əhalinin təxminən 10 milyonu qaçqın düşüb, zavodlar, fabriklər, iş yerləri, şəhərlər və kəndlər dağıdılıb. Yəni müharibə hər zaman böyük insan faciəsi və sosial-iqtisadi böhrandır. Bununla belə, bəzi hallarda müharibələr müəyyən iqtisadi sahələrdə müsbət tendensiyalara da yol açıb. Silah istehsalı və satışı ilə məşğul olan ölkələr və şirkətlər gəlirlərini artırır. Eyni zamanda, qlobal gərginlik artdıqda neftin qiyməti yüksələ bilir və bu da neft istehsalçısı olan ölkələrin qazancına təsir edir. Bu məsələ olduqca mürəkkəbdir və uzun illərdir mübahisələrə səbəb olur. Hətta bəzi nəzəriyyələrə görə, müharibələr yeni texnologiyaların inkişafında mühüm rol oynayıb. Belə bir yanaşma da var ki, müharibələr olmasaydı, bir sıra texnoloji yeniliklər daha gec yaranardı və ya ümumiyyətlə ortaya çıxmazdı”.
Nurcan Babək
D-8 Media Mükəmməllik Mərkəzi mühüm platformadır - Hikmət Hacıyev
Vaqif Əsədov: “BYD" seçməyimin əsas səbəbi təhlükəsizlik və müasir texnologiyalardır” - FOTOLAR
“Belə avtomobillə heç yerə getmərəm” - Prezident
Polkovnik "BYD" aldı, işə düşdü: “Tapa bilmirəm”
Bakının simvollarından biri niyə baxımsız qalıb? – Memardan İRAD - FOTO
İlham Əliyev Qətər Əmirinə başsağlığı verdi
Şəxsi taksi hesablarını satanlara XƏBƏRDARLIQ - VİDEO
Tovuz döyüşlərindən 6 il ötür
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO










