Namus üstdə bacanağını öldürdü, məhkəmədə isə...

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə prosesi davam edib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə qətlə yetirilən Müşfiq Abbasovun atası vəsatət qaldıraraq məhkəməyə sədrlik edən hakimə etirazını bildirib. Zərərçəkmiş bildirib ki, prosesdə əlavə şahidlərin dindirilməsi ilə bağlı vəsatəti təmin edilməyib.
Daha sonra Ş.Qasımov vəsatətə münasibət bildirərkən bir daha qətli törətdiyini etiraf edib. O, heç kimə etiraz etmədiyini və qətli özü törətdiyini qeyd edib.
Hakim bildirib ki, iş üzrə əsas şahidlər dindirildikdən sonra əlavə şahidlər ifadə verə bilər.
Vəsatət təmin edilməyib.
Mərhumun hüquqi varisi daha bir vəsatətlə çıxış edib. O, cinayət işinin həm ibtidai istintaqa qaytarılmasını, həm Ş.Qasımovun həyat yoldaşı və qızı barəsində ayrıca cinayət işinin açılması, həm də işdə adı keçən Xaliq adlı şahid tapılana qədər məhkəmə istintaqının dayandırılmasını istəyib.
Dövlət ittihamçısı işin halları ilə təkrar və ətraflı tanış olmaq üçün məhkəmədən vaxt tələb edib.
Məhkəmənin növbəti iclası fevralın 11-nə təyin edilib.
İttihama görə, bu ilin yayında Abşeron rayonu Saray qəsəbəsi, "Badamlılıq" yaşayış massivində, həmin ərazidə yaşayan Ş.Qasımov bacanağı M.Abbasovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. M.Abbasov xəstəxanada ölüb.
Ş.Qasımov barəsində Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmişin ölümünə səsbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmədə ifadə verən Ş.Qasımov bildirib ki, bacanağını namus üstündə öldürüb.
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










