Nardaran sakinindən odlu silah-sursar aşkar edilərək götürülüb – FOTO

Daxili işlər orqanları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsinə əvvəllər dəfələrlə məhkum olunmuş, Nardaran qəsəbəsi sakini Həbib Qasımovda odlu silah olması barədə əməliyyat məlumatı daxil olub.
Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxs saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəyə baxış zamanı, torpağa basdırılmış “Makarov” markalı tapança, 7 ədəd patron və 1 ədəd sandıqça aşkar olunaraq götürülüb.
H.Qasımov həmin silah-sursatın ona məxsus olduğunu etiraf edərək, tapançanı 10 il əvvəl dəniz kənarından tapdığını və həmin vaxtdan torpağa basdıraraq gizlətdiyini billdirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB












