Nardaranda odlu silah-sursat gizlədən şəxs saxlanılıb

Sabunçu rayon Polis idarəsi 42-ci polis bölməsi əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi məqsədilə növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
DİN-dən Avtosfer.az-a verilən məlumata görə, bölməyə Nardaran qəsəbə sakini İntiqam Vəliyevdə odlu silah olması barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs polislər tərəfindən saxlanılıb və onunla aparılan profilaktik söhbətlər zamanı o, qəsəbə ərazisində gizlətdiyi sursatın yeri barədə məlumat verib.
Qeyd edilən əraziyə baxış zamanı İ.Vəliyev tərəfindən torpağa basdırılan 27 ədəd avtomat gülləsi, 1 ədəd F1 qumbarası alışqanı ilə birlikdə, 2 ədəd bıçaq, 1 ədəd 12 kalibrli ov tüfənginə məxsus güllə aşkar olunaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı 42-ci polis bölməsində toplanan materiallar Sabunçu RPİ-nin İstintaq şöbəsinə göndərilib. Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bildirir ki, əllərdə saxlanılan qanunsuz odlu silah-sursat və partlayıcı maddələr könüllü olaraq hüququ-mühafizə orqanlarına təhvil verilməlidir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"












