Narkoloji Mərkəzdə 25 nəfərin ölümü ilə nəticələnən yanğından 1 il ötür

Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzdə çoxsaylı insan tələfatı ilə nəticələnən yanğının baş verməsindən 1 il ötür. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, 2018-ci ilin martın 2-də baş verən yanğın zamanı 25 nəfər yanaraq ölüb.
Hadisədən sonra cinayət işi başlanılıb, Mərkəzin direktoru Telman Məmmədhəsənov, mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, mərkəzdə müalicə olunan və yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova, şöbə müdiri Azad Ələkbərov istintaqa cəlb edilib. T.Məmmədhəsənov, M.Abdullayev, M.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib, A.Məmmədova isə hazırda ev dustaqlığındadır.
Cinayət işinin işinin istintaqı yekunlaşdırılaraq, Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslərdən yalnız A.Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O, daha sonra dünyasını dəyişib.
Hazırda təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə araşdırılır.
Cinayət işində ümumilikdə 52 zərərçəkmiş var.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












