Narkoloji Mərkəzdə yanğınla bağlı həbs edilən şəxslərin məhkəməsində ekspert dindirilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Fərhad Mahmudov şahid qismində ifadə verib. Məhkəmədə elan olunub ki, Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı rəyi F.Mahmudov verib.
Şahid bildirib ki, yanğın Mərkəzin İkinci müalicə şöbəsinin 14-cü palatasında başlayıb, daha sonra digər palatalara keçib: "Videogörüntülərdən məlum oldu ki, yanğın saat 6 radələrində baş verib. Şəxsən hadisə yerində olmuşam. Ora köhnə tikili, əksər hissələr isə taxtalardan ibarət idi. Divanların əksəriyyəti yanmışdı, qalıqlardan müəyyən edildi ki, yanğın 14-cü palatada başlayıb. Ekspertiza rəyi istintaqın təqdim etdiyi və hadisə yerindən götürülmüş tədqiqatlar əsasında verilib".
Məhkəmənin növbəti iclası martın 29-na təyin edilib.
Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO










