Narkoloji Mərkəzdəki yanğın işinə görə mağaza sahibi ifadə verib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Elman Əhmədov ifadə verib.
O, təqsirləndirilən A.Məmmədovaya qarşı irəli sürülən rüşvət ittihamı barədə danışıb. Bildirib ki, 2013-cü ildən Mərkəzin yaxınlığında olan ərzaq dükanını işlədib, təqsirləndirilən M.Məmmədovun həkimi A.Məmmədova onun işlətdiyi mağazada xəstə üçün lazım olan məhsulları alıb: "Məhəmmədin oğlu Vahidi 2014-cü ildən tanıyırdım. O, atası üçün alınan ərzaq məhsullarının pulunu verirdi. Afət xanım da, əsasən, qənd, çay və toyuq əti alırdı".
Onun sözlərinə görə, Vahid Məmmədov tərəfindən mağazaya verilən pullardan A.Məmmədovaya heç nə çatmayıb, pulun yerinə həmişə ərzaq götürülüb.
Təqsirləndirilən M.Məmmədov isə söyləyib ki, ona hər həftə siqaret və digər məhsullar gətirilib.
Məhkəmənin növbəti iclası yanvarın 29-na təyin edilib.
Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










