Narkoloji Mərkəzdəki yanğınla bağlı daha 5 əlavə şahid dindiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin təhlükəsizlik üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, ifadə verməyən 5 zərərçəkmiş məhkəməyə gəlməyib.
Hakim deyib ki, həmin zərərçəkmişlər - Kamil Nadirov, Hafiz Məmmədov, Şahin Hüseynov, Polad Həsənov və İlqar Abdullovun barələrində məcburi gətirilmə qərarı çıxarılsa da, məhkəməyə gəlmirlər.
Həmçinin hakim qeyd edib ki, şahidlərdən yalnız Fəttah Cavadov qalıb. Həmin şəxs də məhkəyə gəlmir.
Təqsirləndirilən M.Məmmədov deyib ki, şahid F.Cavadov onun kürəkənidir.
Məhkəmədə həmin şəxslərin ifadəsi elan olunub.
Daha sonra hakim söyləyib ki, cinayət işində 5 nəfər də əlavə şahidin adı qeyd olunub. Onlardan bir neçəsi Mərkəzdə çalışanlar və Mərkəzin qarşısında olan mağazanı işlədən şəxsdir.
Təqsirləndirilənlər və onların vəkilləri həmin şəxslərin məhkəmədə dindirilmələrinin vacib olduğunu söyləyib.
Məhkəmənin qərarına əsasən, həmin 5 əlavə şahid prosesdə ifadə verəcək.
Məhkəmənin növbəti iclası yanvarın 22-nə təyin olunub.
Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonhu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










