Narkoloji Mərkəzin həbsdə olan əməkdaşı: “Azərsu”ya müraciət etmişdik...”

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər - Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin işçisi Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirlənrilən M.Abdullayev sərbəst ifadə verib.
O, Narkoloji Mərkəzdə əməyin mühafizəsi üzrə mühəndis işlədiyini, heç bir günahı olmadan həbsdə olduğunu deyib: "Əmək müqaviləmdə üzərimə düşən vəzifələr yazılıb, onların arasında yanğın təhlükəsizliyinə cavabdehlik məsələsi yoxdur. Lakin hadisədən sonra Səhiyyə Nazirliyinin kadrlar şöbəsinin müdiri məni çağırıb, yanğın təhlükəsizliyilə bağlı təlimata qol çəkməyimi istədi. Mən də imtina etdim. Çünki sonradan quraşdırılmış iş idi. Sənədə qol çəksəydim, avtomatik günahkar oldduğumu üzərimə götürmüş olacaqdım. Düzdü, mənə ittiham verilib, amma mən heç vaxt yanğın təhlükəsizliyinə cavabdeh şəxs olmamışam”.
M.Abdullayev qeyd edib ki, həmin gün çox güclü külək vardı: "İki qıfıllı təhlükəsizlik qapısı olub. Əgər dəhlizin o biri başındakı qapı da açıq olsaydı, ümumiyyətlə, oradan heç kim sağ çıxmazdı. Hər gün növbətçi kim olurdusa, açar da ona verilirdi. İkinci təhlükəsizlik qapısının açılması yanğın vaxtı təhlükəli olardı. Külək hər iki tərəfdən yanğının şiddətini artırardı".
Sualları cavablandıran M.Abdullayev deyib ki, Mərkəzin həyətində 6 ton su tutumu olan böyük bir hovuz vardı, lakin oranı qamış basmışdı: "Biz də dəfələrlə “Azərsu”ya müraciət etmişdik ki, hovuz təmizlənsin, amma heç bir tədbir görülmədi".
Təqsirləndirilən şəxs ifadəsinin davamında himayəmdə iki azyaşlı övladının olduğunu, yüksək şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Məhkəmənin növbəti iclası fevralın 12-nə təyin edilib.
Qeyd edək ki, ötən il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Xatırladaq ki, Mərkəzin şöbə müdiri Azad Ələkbərovun səhhətində problemlər olduğundan onun cinayət işi ayrıca icraata verilib. O daha sonra dünyasını dəyişib.
Bakı sakinlərinə ŞAD XƏBƏR: Tıxac problemi həll olunur
Tbilisiyə lüks vaqonda getmək istəyənlər 180 AZN ödəyəcək - Bütün qiymətlər açıqlandı - FOTO
Bakının infrastrukturu belə tədbirlərin təşkilatçılığına imkan yaradır – Braziliyalı MÜTƏXƏSSİS - FOTO
Foruma gələn çinli turist Bakıda yaşamaq istəyir - FOTO
Əlçatan və yaşanabilən mənzil siyasəti bütün ölkələrin gündəmi olmalıdır – Nigeriyalı turist - FOTO
Azərbaycan mediası forumda peşəkarlıq nümunəsi göstərir – Azər Ayxan - FOTO
Qısamüddətli həllər qlobal mənzil problemini aradan qaldırmayacaq – CAR-lı turist - FOTO
Azərbaycan Orta Dəhlizdə əsas tranzit gücünə malik ölkəyə çevrilir - Ekspert RƏYİ
Yerli qonaqlar belə forumun təşkilatçılığına heyran qalıb – Mərcanə Rəsulova - FOTO
Azərbaycanda da şəhərsalma sahəsində yeni yanaşmalar tətbiq edilməlidir – AQİL ASLAN - FOTO
Bakıda keçirilən forum gələcək əməkdaşlıqlar üçün imkanlar yaradır – Barbara Holtman - FOTO










