Narkotik aparmaq istəyən şəxs aeroportda saxlanılıb - FOTO

Hava Nəqliyyatında Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən həyata həyata keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 1966-cı il təvəllüdlü İbrahim Ələsgərov Heydər Əliyev Beynəlxalq Hava Limanının yerli uçuşlar terminalının qarşısında saxlanılıb.
Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, idarəyə gətirilən İ.Ələsgərovun üzərində şəxsi axtarış keçirilən zaman ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib.
Həmin maddə tədqiq olunması üçün məhkəmə ekspertizasına göndərilib. Ekspertin verdiyi rəyə əsasən məlum olub ki, tədqiq edilmiş maddə narkotik vasitə olan qurudulmuş marixuanadır və çəkisi 1 kiloqram 34 qramdır.
Saxlanılan şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini və yaşadığı Naxçıvan Muxtar Respublikasına aparan zaman polislər tərəfindən saxlanıldığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










