Narkotik vasitələr satan şəxslər saxlanılıb - FOTO

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb. Bu barədə Avtosfer.az-a DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Məlumatda bildirilib ki, Cəlilabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şöbhəli bilinən Cəlilabad şəhər sakini, əvvəllər məhkum olunmuş A.Kərimov saxlanılaraq rayon polis şöbəsinə gətirilib və onun üzərinə keçirilən baxış zamanı 2 bükümdə ümumi təmiz çəkisi 5,381 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri digər əməliyyat-axtarış tədbirləri ilə rayonun Məşhədilər kənd sakini, D.Əliyevin üzərindən 2,035 qram narkotik vasitə heroin, şəhər sakini Q.Soltanovun yaşadığı evdən isə narkotik vasitələrin alqı-satqısında istifadə edilən 3 ədəd elektron tərəzi, müxtəlif bükümlərdə ümumi təmiz çəkisi 2,078 qram narkotik vasitə heroin, 0,377 qram tiryək, 0,329 qram metamfetamin aşkar edilərək götürülüb. Faktlarla bağlı RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.
Namiq
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…














