Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Ağdaşda narkotik dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Bu barədə Şirvan bürosuna DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a məlumat verilib.
Belə ki, Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.
Məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Ağdaş şəhər sakini Kamran Xandadaşov saxlanılıb. Onun ətrafında aparılan araşdırmalarla narkotik vasitələri əldə etdiyi mənbə də aşkar edilib. K.Xandadaşov 1 ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı rayonun Pirəzə kənd sakini Ziya Əliyevdən aldığı müəyyən edilib. Z.Əliyevin yaşadığı evinə baxış keçirilən zaman satış məqsədilə saxladığı 10 ədəd müxtəlif sellofan torbalarda ümumi çəkisi 4 kq 935 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










