Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs tutulub - Gəncədə

Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb. Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupundan Avtosfer.az-a məlumat verilib. Bildirilir ki, fevralın 25-də Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, 31 yaşlı şəhər sakini Gündüz Xalıqverdiyev saxlanılaraq, İdarəyə gətirilib. Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 14 ədəd kağız bükülüdə ümumi çəkisi 2.8 qram narkotik vasitə olan “heroin”, 2 ədəd kağız bükülüdə ümumi çəkisi 11 qram olan marixuana və 0.034 qram “heroin” məhlulu aşkar olunaraq götürülüb.
İlkin dindirilmə zamanı G.Xalıqverdiyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












