Narkotikdən ölən ev sahibinin meyitini basdıraraq evi saxta sənədlə satdı

Azərbaycanda 3 il əvvəl itkin düşmüş şəxsin cəsədinin sümükləri aşkarlanıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 16 saylı Cəzaçəkmə Müəssisəsində oğurluğa görə cəza çəkən Fuad Mustafayev 1965-ci il təvəllüdlü Əli Rəsulovun itkin düşməsi ilə bağlı dindirilərkən onun narkotik vasitənin təsirindən öldüyünü bildirib.
Məlumata görə, 2016-cı ilin sentyabr ayında F.Mustafayevin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağlı qəsəbəsində kirayə yaşadığı evin sahibi Ə.Rəsulov narkotik vasitənin təsirindən ölüb. F.Mustafayev meyiti həyətdə basdırıb, daha sonra həmin evin əşyalarını satıb, evi isə saxta sənəd hazırlayaraq satışa çıxarıb. Evi satan ərəfədə isə Ə.Rəsulovun cəsədini torpaqdan çıxararaq hissələrə bölüb və evin yaxınlığındakı hasarlar arasında olan boşluğa atıb. Daha sonra evi 23 min manata satıb. Bir müddət sonra isə F.Mustafayev oğurluğa görə tutulub.
Bu il aprelin 16-da F.Mustafayevin göstərdiyi yerə baxış keçirilib və Ə.Rəsulovun cəsədinin sümükləri aşkarlanaraq götürülüb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı
Bakının nəqliyyat problemlərini əvvəlcədən hesablamaq mümkün olacaq? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib












