NASA Ayda kosmik gəminin qəzaya uğradığı yeri aşkar edib - FOTO

Amerikanın NASA kosmik agentliyi öz saytında İsrailin "SpaceIL" özəl şirkətinə məxsus "Bereşit" kosmik aparatının Ayda qəzaya uğradığı yerin şəkillərini dərc edib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, qəzanın dəqiq yerini şəkillər sayəsində təsbit etmək mümkün olub. Bu şəkilləri aprelin 22-də LRO Ay orbit aparatının kameraları çəkib. "Kameralar təqribən 10 metr enində tünd ləkə qeydə alıb ki, bu da zərbənin yerini göstərir. Tünd çalar sərt eniş zamanı səthin kələ-kötür olduğundan xəbər verir", - deyə məlumatda bildirilir. Qara ləkə ağ dairələrlə əhatə olunub. Alimlərin fikrincə, Ayın səthinə dəyən zərbə səbəbindən toz qalxıb və səth daha yüksək əksetmə qabiliyyəti qazanıb. Lakin şəkillərdən aparatın dərin krater buraxıb-buraxmadığını müəyyən etmək çətindir. Aprelin 11-də qəzaya uğramış gəmi 585 kq çəkiyə malik olub. Onun 400 kq yanacağın çəkisidir. Gəmi aşağı sürətlə hərəkət edib.
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












