NASA ilk qadın ekipajın tərkibini açıqlayıb

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Beynəlxalq Qadınlar Günündə martın sonunda açıq kosmosa çıxacaq ilk qadın ekipajın tərkibini açıqlayıb.
Avtosfer.az Azərtac-a istinadən bildirir ki, açıq kosmosa çıxacaq zərif cinsin dörd nümayəndəsindən ibarət ekipajın iki üzvü - Enn Makkleyn, Kristina Kox Yerdən 400 kilometr yüksəklikdə Beynəlxalq Kosmik Stansiyada günəş batareyalarını dəyişəcəklər. Yerdəki idarəetmə mərkəzindən isə kosmik missiyaya daha iki qadın - Meri Lourens (uçuşun rəhbəri) və Ceki Keyqi (kosmik səyahətin idarəedicisi) nəzarət edəcəklər.
Məlumatda qeyd olunur ki, Makkeyn artıq ötən ilin dekabrından Beynəlxalq Kosmik Stansiyadadır, Kristina Kox isə martın14-də ona qoşulacaq. Həmin gün Birləşmiş Ştatlarda qeyr-rəsmi olaraq "pi" (3,14) Rəqəmi Günü qeyd olunur. Ona görə də "Soyuz MS-12" kosmik gəmisinin fəzaya buraxılma vaxtı da ABŞ-ın şərq sahillərindəki vaxtla saat 3:14-ə təyin edilib.
Enn Makkleyn və Kristina Koxun açıq kosmosa çıxması isə martın 29-da nəzərdə tutulub. Beləliklə, NASA bu missiyanı ABŞ-da elan edilmiş Tarixdə Qadın Ayı çərçivəsində başa çatdıra biləcək.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












