NASA-nın səyləri nəticəsiz qaldı, kosmik aparatla vidalaşdı

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) 15 ildir Marsın səthində kəşfiyyat aparan “Opportunity” zondunun araşdırma missiyasını başa vurduğunu açıqlayıb. Avtosfer.az “qafqazinfo”ya istinadən xəbər verir ki, 2018-ci ilin 10 iyun tarixində Marsdakı qum fırtınasında Yer kürəsi ilə əlaqəsi kəsilən “Opportunity” ilə yenidən əlaqə qurmaq üçün göstərilən səylərin nəticəsiz qalıb. Bu səbəbdən həmin kəşfiyyat vasitəsinin missiyasına son verilib. NASA-nın Elmi Missiyalar Departamentinin direktoru Tomas Zurbuhen “Opportunity”nin 15 illik kəşfiyyat fəaliyyəti sayəsində bəşəriyyətin ilk dəfə Marsın məlum olmayan tərəfləri haqqında məlumat əldə edildiyini, “qırmızı planet”də su izlərinin tapdıldığını və həyat ehtimalının dəyərləndirildiyini bildirib. Qeyd edək ki, “Opportunity” zondu 2012-ci ildə Marsa enən “Curiosity” və 2018-ci ildə endirilən seysmik tədqiqat vasitəsi “İnsight” kimi NASA-nın səthinin sonrakı kəşf missiyalarına zəmin hazırlamışdı.
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"










