Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə 9 min 300-dən çox sərnişin daşınıb

Bu ilin ilk rübündə Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə Naxçıvandan Bakıya 4 min 525, Bakıdan Naxçıvana isə 4 min 806 sərnişin daşınıb. Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, xidmət tərəfindən cari ilin birinci rübündə muxtar respublika əhalisinə göstərilən avtonəqliyyat xidməti səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Hesabat dövründə avtovağzalların fəaliyyəti diqqətdə saxlanılıb, sərnişinlərə xidmətin səviyyəsinin yüksəldilməsi üçün tədbirlər görülüb, sürücülərin ayda iki dəfə qrup şəklində muzeylərə ekskursiyaları və seminar-müşavirələr təşkil olunub.
Ötən dövrdə Naxçıvan-İğdır-Naxçıvan marşrutunda gündəlik sərnişindaşıma xidməti həyata keçirilib. Sərnişinlərin rahatlığını təmin etmək üçün Naxçıvan-Bakı marşrutunda işləyən avtobuslardan birinin hər gün Şərur və Culfa avtovağzallarından yola salınması, Şahbuz və Ordubad avtovağzallarında isə bu avtobusa bilet satışı işi davam etdirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına uyğun olaraq, sərnişinlərin vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunun axşam reysləri də təşkil edilib. Türkiyə ilə Naxçıvan arasında turların təşkil olunması üçün Türkiyənin “Babək Turizm” və “Ata-Tur Turizm” şirkətləri ilə danışıqlar aparılıb, sərnişindaşıma fəaliyyəti göstərilməsi üçün müqavilələr bağlanılıb.
Naxçıvan Dövlət Texniki Kollecinin Yol hərəkətinin təşkili ixtisasında təhsil alan IV kurs tələbələrinin xüsusi qrafik üzrə xidmətdə və tabe təşkilatlarda istehsalat təcrübələrinin keçirilməsi işi təşkil olunub. Həmçinin muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişin daşınması fəaliyyətinə lisenziyaların verilməsi işi davam etdirilib, hesabat dövründə muxtar respublika üzrə avtomobil nəqliyyatı ilə sərnişindaşıma fəaliyyəti göstərmək üçün 734 sahibkar lisenziyaya cəlb edilib, 761 avtonəqliyyat vasitəsinə lisenziya kartı verilib. Xidmətin Reyd komissiyası Nəqliyyat müfəttişliyi və təhlükəsizlik şöbəsi ilə birlikdə reydlər keçirib, şəhərdaxili və rayonlararası marşrutlarda hərəkət qrafikinə nəzarəti artırıb, qanunsuz sahibkarlıqla məşğul olan avtonəqliyyat vasitələri müəyyən edilərək tədbir görülməsi üçün onlar haqqında məlumat müvafiq təşkilatlara göndərilib. Avtonəqliyyat vasitələri ilə təhlükəsiz sərnişin daşınmasına, marşrut qrafikinə, xətdə olarkən avtobusların sürət həddinə nəzarət olunması üçün Naxtel 4G monitorinqizləmə sistemindən daim istifadə olunub. Muxtar respublikanın bütün yaşayış məntəqələri marşrutla təmin edilib, 496 taksi sərnişindaşıma xidməti göstərib.
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
İki zolaqlı yollarda avtobus zolağı yaradılması düzgündürmü? - Ekspert: "Fəsadlar yaradır"
“Maşında kəmər taxırıq, avtobusda ayaqüstə gedirik” – Ekspertdən sərt AÇIQLAMA
Taksidə POS-terminal problemi ilə qarşılaşanda nə etməlisiniz? - AÇIQLAMA
Tarixi abidələri korlayanların babaları – VİDEO
Bakı üçün ağır günlər yaxınlaşdı... - "Hər kəs buna hazır olmalıdır"
Bakının biznes mərkəzində piyada problemi: Metro yaxın olsa da, əlçatan deyil
Sentyabrın 15-i ehtiyac yaransa, xəttə əlavə avtobuslar buraxılacaq – EKSPERT - FOTO
Azərbaycanda yeni iqlim stansiyasının quraşdırılması niyə vacibdir? - AÇIQLAMA
Bakıdakı sıxlığın qarşısını almaq üçün hansı rəqəmsal həllər tətbiq edilə bilər? - DEPUTAT










