Naxçıvan-Bakı-Naxçıvan marşrutu ilə daşınan sərnişinlərin sayı açıqlanıb

2018-ci ildə Naxçıvandan Bakıya 14 693, Bakıdan Naxçıvana isə 15 043 sərnişin daşınıb.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR-nın Maliyyə Nazirliyində 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, hesabat dövründə İran ərazisindən keçməklə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda işləyən avtobusların fasiləsiz fəaliyyət göstərməsi təmin edilib.
Bundan başqa, ötən il noyabrın 1-dən etibarən avtomobil nəqliyyatı ilə sərnişin daşınmasını həyata keçirən sürücülərə lisenziya verilməsinə başlanılıb. 2 ay ərzində 33 sahibkar lisenziya ilə təmin olunub.
Həmçinin hesabat dövründə muxtar respublika daxilində sərnişindaşıma xidmətinin səviyyəsi daha da yüksəldilib, fəaliyyətdə olan 139 marşrut xəttində 399 ədəd avtobusla rayon mərkəzləri və kəndlərin hamısı marşrutla təmin edilib.
İşə maşınla gedənlərin NƏZƏRİNƏ! - FOTO
Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO
“Bolt” məşhur Amerika serialının ulduzunun Bakıdakı səyahətini təşkil edəcək – AÇIQLAMA - VİDEO
Kuryk-Bakı bərə xəttinin bərpası Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Yolun kənarında maşın saxlayan sürücü hansı qaydalara əməl etməlidir? - MÜTƏXƏSSİS
Sumqayıtda icra hakimiyyətinin arxasındakı məhəllədə küçənin vəziyyəti - FOTOLAR
Azərbaycanda muzdla çalışan işçilərin sayı AÇIQLANDI
Azərbaycan mediasında yeni idarəçilik modeli: Media üçün hansı imkanlar yaranır? – AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Kartdan karta ödənişlərlə bağlı limitlər vətəndaşlara necə təsir edir? – SORĞU - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB










