Naxçıvanda qar örtüyünün hündürlüyü 39 santimetrə çatdı

Naxçıvan Muxtar Respublikasının müxtəlif ərazilərində intensiv yağış və qar qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, noyabrın 8-də düşən yağıntının miqdarı Naxçıvan şəhərində 9, Şahbuzda 15, Küküdə 13, Biçənəkdə 14, Şərurda 9, Axurada 11, Ordubadda 13, Parağaçayda 18, Culfada 4, Kəngərlidə 12, Sədərəkdə isə 7 millimetr təşkil edib.
Qarlı hava şəraiti, xüsusilə muxtar respublikanın yüksək dağlıq ərazilərində qar örtüyünün yaranmasına səbəb olub.
Belə ki, Ordubad rayonunun 3000 metr yüksəklikdə yerləşən ərazilərində qarın hündürlüyü 39 santimetrə çatıb. Parağaçay Qar Uçqunu Stansiyasında 18, Nürgütdə 16, Küküdə 15, Biçənəkdə 10, Axurada 9, Kəngərlidə isə 7 santimetr qar qeydə alınıb.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












