Naxçıvanda ümumi uzunluğu 94 kilometrdən çox olan yollar əsaslı təmir olunacaq

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üzrə Dövlət Proqramına uyğun olaraq, yerli əhəmiyyətli və kənddaxili avtomobil yollarının əsaslı təmiri istiqamətində işlər davam etdirilir.
Avtosfer.az-ın məlumatına görə, "Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi" tərəfindən ümumi uzunluğu 94,2 kilometr olan bir sıra yolların əsaslı təmiri nəzərdə tutulur.
Layihəyə Culfa şəhərdaxili yolları, Culfa rayonunun Kırna–Dizə–Gal–Şurud, Babək rayonunun isə Qahab, Naxışnərgiz, Nəcəfalıdizə–Nəhəcir kənddaxili avtomobil yolları daxildir.
Qeyd edək ki, sözügedən layihə ilə bağlı 23 aprel 2026-cı il tarixində rəsmi tender portalında ümumi dəyəri 18,6 milyon manat təşkil edən açıq tender elan olunub. Tender proseduru uğurla başa çatdıqdan sonra qalib podratçı tərəfindən yol təmiri işlərinə başlanılacaq.
Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb - FOTO
Prezidentin COP31 sammitində iştirakına dair videoçarx paylaşılıb - VİDEO
“AzParking” adı ilə gələn mesajları diqqətli oxuyun – Sürücülərə XƏBƏRDARLIQ
Sükan arxasında canlı yayım açanları NƏ GÖZLƏYİR? - Ekspertdən AÇIQLAMA
Ev təsərrüfatlarının rəqəmsal uçotu nəyi dəyişəcək? – EKSPERT
2027-ci ildən sürücülük vəsiqəsinin dəyişdirilməsi bu hallarda pulsuz olacaq – VİDEO
Azərbaycanın da daxil olduğu 5 ölkəni birləşdirəcək avtomobil yolu QURULUR
DİN-dən maşın sürəndə "Tiktok"da canlı yayım açanlara XƏBƏRDARLIQ
Bəzi yollarda sıxlıq yarandı - FOTO
İlham Əliyev və Mehriban Əliyevanın Türkiyə səfərindən VİDEOÇARX
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib












