Naxçıvanda yaxınlığına dron düşən məktəbdə SON VƏZİYYƏT

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kənd tam orta məktəbində tədris davam etdirilir.
Avtosfer.az APA-ya istinadla xəbər verir ki, martın 5-də Naxçıvanda yaxınlığına İran tərəfinfən atılan dron düşən məktəbdə dərslər qaydasında davam edir.
Hadisə şahidi olan məktəbin müəllimi Leyla Həsənova deyib ki, dünən dərs zamanı güclü partlayış səsi eşidiblər: "Aeroport bizə yaxın olduğu üçün partlayışın aeroportun ərazisində baş verdiyini gördük. Dərhal uşaqları təxliyə etdik və məktəbin həyətinə çıxdıq. Təxminən 7-8 dəqiqə sonra ikinci zərbə endirildi. Yaşadığımız stresə baxmayaraq, tez bir zamanda uşaqların təxliyəsini təmin etdik".
Məktəbin digər müəllimi Aytəkin Babayeva isə qeyd edib ki, dünən baş verənlərə baxmayaraq, bu gün tədris öz qaydasında davam etdirilir: "Dünən təşviş yaransa da, vəziyyəti nəzarətdə saxladıq. Tədris prosesi cədvələ uyğun şəkildə davam edir və şagirdlərə lazım olan psixoloji dəstək göstərilir".
Qeyd edək ki, dron hücumu zamanı məktəbə ziyan dəyməyib.
Xatırladaq ki, martın 5-də İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumu olub. Texniki vasitələrlə təsbit edilib ki, İran Silahlı Qüvvələri tərəfindən dörd ədəd pilotsuz uçuş aparatı Azərbaycanın Naxçıvan bölgəsinə doğru hücum aktlarını törətmək üçün yönləndirilib. Onlardan biri Azərbaycan Ordusu tərəfindən sıradan çıxarılıb, ikisi Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasını, digəri isə Babək rayonunun Şəkərabad kəndində yerləşən təhsil müəssisəsini hədəfə alıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb.
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO

















