Naxçıvandan Bakıya avtobusla gecə reysləri fəaliyyətə başladı

Yanvarın 10-da Naxçıvan şəhərindəki avtovağzal kompleksindən Naxçıvan-Bakı-Naxçıvan istiqaməti üzrə gecə reysi fəaliyyətə başlayıb. Avtosfer.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin sektor müdiri Natiq Həsənov AZƏRTAC-a bildirib ki, muxtar respublika sakinlərinin paytaxt Bakı şəhəri ilə əlaqəsinin daha da genişləndirilməsi və vaxt itkisinin azaldılması məqsədilə Naxçıvan-Bakı-Naxçıvan marşrutunda gecə reysi istifadəyə verilib. Avtobuslar hər gün saat 19:30-da Naxçıvandan yola düşüb, səhər saat 9:00-da Bakıya çatacaq. Bakıdan isə avtobus saat 21:00-da yola çıxacaq və növbəti gün səhər saat 10:00-da Naxçıvan şəhərinə çatacaq. Biletin bir istiqamət üzrə qiyməti 25 manat təşkil edir. Beş yaşınadək uşaqlar üçün gediş haqqı pulsuzdur. Beş yaşından 10 yaşınadək olan uşaqlar üçün isə biletin qiymətinin 50 faizi ödənilir. Biletləri muxtar respublikanın bütün avtovağzallarındakı kassalardan əldə etmək mümkündür. Bu gün Bakı şəhərinə ilk reyslə 10 sərnişin yola salınır.
Sərnişinlərin rahatlığı üçün müasir standartlara cavab verən geniş salonlu və rahat oturacaqlı avtobuslar xəttə buraxılıb. Eyni zamanda, sərnişinlərin yolboyu çay və kofe ilə təmin olunması nəzərdə tutulub. Yanvarın 11-də Bakı şəhərindən də ilk avtobus Naxçıvana yola salınıb.
“Bakı-Tbilisi qatarının bərpası…” - Deputatdan açıqlama
Bəzi yollarda görünüş məsafəsi MƏHDUDLAŞACAQ - 500-1000 metrədək
Bakı-Tbilisi-Bakı qatarları ilə sərnişindaşımanın bərpası İlham Əliyevin taktiki addımlarının nəticəsidir - DEPUTAT
Rusiyaya gedən sürücülərlə bağlı vacib dəyişiklik
Paytaxtın 13 küçəsində sıxlıq var - SİYAHI
Parklanma hansı qaydalarla olmalıdır? - VİDEO
Küçələri lərzəyə gətirən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Müasir dünyada real jurnalistikanın əhəmiyyəti artıb – DEPUTAT - FOTO
Bakı-Tbilisi qatar marşrutu üzrə gediş haqqı necə hesablanır? - AÇIQLAMA
Bakı-Tbilisi qatarlarında gediş haqqına nələr daxildir?
Həm yerli, həm də xarici jurnalistlərin fəaliyyəti üçün bütün şərait yaradılıb – Qalib İbrahimoğlu - FOTO








