Nazir Daxili İşlər Nazirliyinin xanım əməkdaşlarını təbrik etdi

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə daxili işlər orqanlarında xidmət edən, təqaüddə olan qadınları və şəhid omuş əməkdaşların qadın ailə üzvlərini təbrik edib.
Təbrikdə deyilir:
Sizi 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm!
Xalqımızın çoxəsrlik zəngin mədəni-mənəvi sərvətlər irsinin yaşadılmasında və qorunub saxlanılmasında müstəsna xidmətləri olan Azərbaycan qadını həmişə güclü iradəsi, vətənpərvərliyi, saflığı və işgüzarlığı ilə seçilmiş, tarixdə silinməz izlər qoyub.
Ölkəmizin ictimai həyatında, dövlət idarəçiliyində qadınların rolunun daha da artırılması məqsədilə ümummilli lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qəbul etdikləri qərarlar onların öz yaradıcı potensialının uğurla gerçəkləşdirməsini təmin etmiş, cəmiyyətin aparıcı üzvünə çevirib.
Bu gün Azərbaycan qadınının respublikanın sosial-mədəni həyatında fəal iştirakı, yüksək ictimai mövqeyi, nüfuzu, gənc nəslin vətənpərvərlik və milli ideallara sadiqlik ruhunda tərbiyəsi üçün gördüyü əhəmiyyətli işlər, mədəniyyətlərarası dialoqun formalaşdırılmasında xidmətləri qürur doğurur və ölkəmizin hüdudlarından kənarda da layiqincə qiymətləndirilir.
Əldə olunan uğurlarda daxili işlər orqanlarında çalışan qadınların da böyük əməyini xüsusi qeyd edir və əmin olduğumu bildirirəm ki, siz əzmkar və səmərəli fəaliyyətinizlə respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəksiniz. Hər birinizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun!".
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












