Nazir deyillər, amma əsas şəxs sayılırlar - APARAT RƏHBƏRLƏRİ KİMLƏRDİR?

Gündəm 27 Mart 2026 21:12
Nazir deyillər, amma əsas şəxs sayılırlar - APARAT RƏHBƏRLƏRİ KİMLƏRDİR?
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda bir zamanlar çox məşhur Aparat rəhbərləri olub. Bunlara misal kimi hazırda ağır cinayətlərdə ittiham olunaraq barəsində cinayət işi açılan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin (24 il bu vəzifədə işləyib), Milli Məclis Aparatının mərhum rəhbəri Səfa Mirzəyevin (25 il bu postda çalışıb), Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun (vəzifədəykən həbs olunmuşdu, sonardan azadlığa buraxılıb) adını çəkmək olar.  

Bəs hazırda dövlət qurumlarının Aparat rəhbərləri kimdir?

Avtosfer.az xəbər verir ki, “Yeni Sabah” bununla bağlı araşdırma aparıb.

Həmin şəxslərin adlarını təqdim edirik:

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyevdir. O, 1975-ci ildə Bakı şəhərində anadan olub. Dövlət başçısının 2019-cu il 1 noyabr tarixli sərəncamı ilə bu vəzifəyə təyin edilib.

Milli Məclisin Aparat rəhbəri vəzifəsini Fərid Hacıyev tutur. O, 1989-cu ildə Bakı şəhərində anadan olub. 2022-ci il mayın 17-dən qanunverici orqanın Aparat rəhbəri təyin edilib. 

Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədovdur. O, 1981-ci ildə Bakıda doğulub. Baş nazir Əli Əsədovun 2019-cu il noyabrın 25-də imzaladığı sərəncamla bu vəzifəyə təyin edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hazırki Aparat rəhbəri Rəşad Allahverdiyevdir. 1984-cü il təvəllüdlü R.Allahverdiyev 03 may 2021-ci il tarixdən nazirliyin Aparat rəhbəri vəzifəsində işləyir.

İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri Elvin Camalovdur. O, 1985-ci ildə Bakı şəhərində anadan olub. Ötən il iyulun 21-də İqtisadiyyat Nazirliyinin Aparat rəhbəri təyin edilib.

Elm və Təhsil Nazirliyində Aparat rəhbəri vəzifəsini Mətin Kərimli tutur. O, 1979-cu il iyunun 6-da Bakıda anadan olub. 2023-cü il mayın 24-də sözügedən posta təyinat alıb. 

Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədovdur. O, 1974-cü ildə Bakı şəhərində anadan olub. 2018-ci ilin 23 aprel tarixində adıçəkilən vəzifəyə təyin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Fuad Musayevdir. O, 1983-cü ildə Bakı şəhərində anadan olub. F.Məmmədov 2020-ci ilin 3 aprel tarixində Aparat rəhbəri vəzifəsinə təyin olunub.

Fövqəladə Hallar Nazirliyində Aparat rəhbəri kimi konkret vahid struktur olmasa da, nazirliyin işlərini koordinasiya edən, sənədlərin idarə olunması, müraciətlərə baxılması və digər inzibati işləri həyata keçirən Katiblik (baş idarə səlahiyyətli) təşkil edir.

Gənclər və İdman Nazirliyində Aparat rəhbəri vəzifəsini müvəqqəti olaraq, Fərid Məmmədzadə icra edir. F.Məmmədzadənin 35 yaşı var.

Xarici İşlər Nazirliyinin Aparat rəhbəri kimi konkret vahid struktur olmasa da, nazirliyin işlərini koordinasiya edən, sənədlərin idarə olunması, müraciətlərə baxılması və digər inzibati işləri həyata keçirən Katiblik (baş idarə səlahiyyətli) aparatı təşkil edir.

Kənd Təsərrüfatı Nazirliyində adı çəkilən vəzifəni Azad Cəfərli tutur. O, 1978-ci ildə Bakıda şəhərində anadan olub. 2023-cü ilin 4 iyul tarixindən nazirliyin Aparat rəhbəridir.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəylidir. O, 1980-ci ildə Gəncə şəhərində doğulub. 2024-ci il mayın 30-dan nazirliyin Aparat rəhbəri vəzifəsini tutur.

Müdafiə Nazirliyinin sturukturunda Aparat rəhbəri vəzifəsi mövcud deyil. Bu funksiyanı katibliyin rəisi həyata keçirir. Müdafiə Nazirliyinin Katibliyinin rəisi general-mayor Elnur Kazımovdur.

Müdafiə Sənayesi Nazirliyinin Aparat rəhbəri vəzifəsini Samir Ağabalayev yerinə yetirir. O, 2024-ci ilin 21 may tarixində sözügedən vəzifəyə təyin edilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Yaşar Hacıyevdir. O, 2022-ci ilin 9 iyun tarixindən bu vəzifəni müvəqqəti icra edir.

Səhiyyə Nazirliyində haqqında bəhs olunan vəzifəni Tural Babayev tutur. T.Babayev 2022-ci ilin 26 sentyabrında nazirliyin Aparat rəhbəri vəzifəsinə təyinat alıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Ceyran Rəhmətullayevadır. O, 2016-ci ildən bu posta çalışır.  

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Elşad Miraləmdir. O, 1977-ci ildə Goranboy rayonunda anadan olub. 2026-cı il yanvar ayının 10-da həmin vəzifəyə təyinat alıb.

Dövlət Gömrük Komitəsinin Aparat rəhbəri Kənan Əsədovdur. O, 1996-cı ildə Bakıda anadan olub. 2026-cı ilin yanvarında həmin vəzifəyə təyinat alıb.

Dövlət Sərhəd Xidmətinin Aparatı rəhbəri general-mayor Faiq Məmmədovdur. O, 2026-cı il fevralın əvvəlində bu vzəifəyə təyin edilib.

Dövlət Statistika Komitəsində haqqında bəhs olunan vəzifəni Qasım Əliyev tutur. O, 1976-cı il mart ayının 20-də Bakı şəhərində anadan olub. 2024-cü ilin dekabr ayının 2-də Aparat rəhbəri təyin edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbəri Elçin Kazımlıdır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalovdur. O, 1960-cı il martın 21-də Tərtər rayonunun Qapanlı kəndində anadan olub. 2018-ci ilin 29 avqust tarixində sözügedən vəzifəyə təyinat alıb.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyində haqqında bəhs olunan vəzifəni 2024-cü ilin 7 iyunundan Fuad Quliyev tutur.  

Azərbaycan Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyevdir. O, 20 yanvar 1993-cü ildə Bakı şəhərində anadan olub. 2025-ci il oktyabrın 25-də qurumun Aparat rəhbəri təyin olunub.

Daxili işlər Nazirliyində  Aparat rəhbəri kimi konkret vahid struktur olmasa da, nazirliyin işlərini koordinasiya edən, sənədlərin idarə olunması, müraciətlərə baxılması və digər inzibati işləri həyata keçirən Katiblik (baş idarə səlahiyyətli) aparatı təşkil edir.

Maliyyə Nazirliyinin Aparat rəhbəri hazırda boşdur. Əvvələr bu vəzifəni tutan Natiq Əli oğlu Həsənov 2026-cı il yanvar ayının 8-də maliyyə nazirinin müavini vəzifəsinə gətirilib.

Oxunub : 150
ŞƏRH YAZ
Ad

E-mail

Şərh