Nazir istefada olan polis generalını təbrik etdi - FOTO

İstefada olan polis general-mayoru Rəsul Rəsulovun 80 yaşı tamam oldu. Avtosfer.az xəbər verir ki, bu münasibətlə mayın 11-də respublikanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov yubilyarı qəbul edərək onu təbrik edib.
R.Rəsulovun mənalı həyatının yarıdan çoxunu daxili işlər orqanlarında xidmətə həsr etdiyini xatırladan nazir, onun bu müddətdə məsul vəzifələrdə qüsursuz xidmət etdiyini, daxili işlər orqanları üçün dövlətinə, xalqına sadiq ali hüquq təhsilli, yüksək ixtisaslı gənc kadrların hazırlanmasında, Nazirliyin Polis Akademiyasına uzun müddət bacarıqla rəhbərlik edərək kursant və dinləyicilərə ciddi intizam, mənəvi mətinlik və fiziki dözümlülük aşıladığını, gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindəki önəmli rolunu məmnunluqla qeyd edib.
Sonda nazir R.Usubov yubilyarı bir daha təbrik edərək anadan olmasının 80 illiyi ilə əlaqədar imzaladığı DİN-in “Fəxri Fərman”ını ona təqdim edib. Səmimi qəbula, barəsində deyilən xoş sözlərə və mükafata görə minnətdarlığını bildirən R.Rəsulov öz bilik və təcrübəsinin gənc polis əməkdaşlarına çatdırılması, onların Vətənə və xalqa sədaqət ruhunda tərbiyə olunması üçün bundan sonra da öz səylərini əsirgəməyəcəyini bildirib.
Emin
Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












