Nazir polisi sərt tənqid edib

Böyük Britaniyanın müdafiə naziri Con Hili insan alverçilərinin Fransa sahillərində miqrantları qayığa mindirib Böyük Britaniyaya göndərməsini şokedici hadisə adlandırıb. O, Fransa polisinin isə buna müdaxilə etməməsini sərt tənqid edib.
Avtosfer.az “Independent”ə istinadla xəbər verir ki, nazir şənbə günü La-Manş boğazını 1000-dən çox miqrantın keçməsi ilə nəticələnən hadisələrin çox ciddi problem olduğunu deyib. O, Fransa hökumətindən bu cür halların qarşısını almaq üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edib.
Fransanın Qravlin bölgəsində, Kale və Dünkerk arasında yerləşən çimərlikdə çəkilən görüntülərdə polis əməkdaşlarının uşaqlar da daxil olmaqla miqrantların qayıqlara mindirilməsinə sadəcə baxdığı, hətta bəzi hallarda qayıqları müşayiət etdiyi əks olunub.
Con Hili “Sky News” kanalına müsahibəsində bildirib ki, son beş ildə Britaniya sərhədlərinə nəzarəti itirib. O əlavə edib ki, Fransa polisinin dayaz sularda qayıqları saxlaya bilməməsi həqiqətən böyük problemdir.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











