Nazir tualetdən canlı yayım etdi - VİDEO

Ermənistanın nəqliyyat naziri Akop Arşakyan “Kilikiya” mərkəzi avtovağzalının tualetindən canlı yayım edib. Avtosfer.az “Qafqazinfo”a istinadən xəbər verir ki, tualetdəki antisanitar vəziyyətdən şoka düşdüyünü deyən nazir bununla bağlı tədbirlər görəcəyini bildirib. Arşakyan “Facebook”dakı canlı yayımında bunları deyib: “Biz hər şeyi öz adı ilə adlandırmaq, aktual məsələləri qaldırmaq və vəziyyətdən çıxış yolu axtarmaq siyasətimizə davam edirik. Sizinlə avtovağzalın tualeti ilə bağlı təəssüratlarımı bölüşmək istəyirəm. Sanitariya qovşağının vəziyyəti bərbaddır. Tamamilə antisanitariya hökm sürür. Hiss edilir ki, on illərlə burada iş görülməyib. Avtovağzalın normal tualeti, gözləmə zalı olmalıdır. Biletləri almaq üçün normal sistem olmalıdır, sürücülərə şərait yaradılmalıdır”.
Arşakyan yaxın vaxtlarda avtovağzalın infrastrukturunun yaxşılaşdırılması üçün tədbirlər görəcəyinə vəd verib.
Qeyd edək ki, Arşakyanın canlı yayım videosu daha sonra “Facebook” səhifəsindən silinib.
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO
"Azərbaycan yükdaşımaları ildə 15 milyon tona qədər genişləndirməyə hazırdır" - Dövlət başçısı












